Dəri ağacı
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir.
== Botaniki təsviri ==
Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3–5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5–3,0 sm, 4–6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5–8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.